Üstünə konyak dağılmış məktub


Sən özündən qəhrəman düzəltdin…
mən səndən yaxşı bir oyuncaq…
sən mənim sevimli qəhrəmanım…
mən sənə həyatın özü boyda…
ya da həyat kimi bir şey…
mən sənə özündən bir qarış yaxın…
mən sənin ən gözəl oyuncağın…
kimi yəni…
Mən bir az dəli manyak…
hərdən şipşirin konyak…
acı çaxır kimi…
olsan da sən…
doyulmaz kimi olursan…
deyəsən…

Olmasaydı…
ya da sən bu qədər inad…
mən o qədər qaçqın…
düşərkən…
bir-birimizə…
yəni…
qarışıq budaq cümlələriylə…
konuşurkən…
bir-birimizdən…
sərxoşkən…
nə utanmağa…
nə qaçmağa yer qaldı…
son sığınacaq…
yaxud…
son dayanacaq…
kimi yəni…
bir-birimizə…

Ağlına pis şey gətirmə…
desəm…
istəsəm…
qaçaq gedək buralardan…
onda…
elə mən də onu deyirəm…
desən…
gülüb…
ikimiz də…
bir az dəli manyak…
hərdən şipşirin konyak…
kimi bir şey yəni…

Nə ev…
nə küçə…
nə meydan…
bir dəli şeytan…
bir sən…
yəni ikimiz…
məndə bir az kapriz…
səndə qürur…
olur…
olsa da…
əslində xoşbəxtlikdə…
belə olur formul…

1 yorum:

Teymur dedi ki...

Əziz Sevinc xanım,
Sizin bir Azərbaycanlı gənc yazar kimi, məncə, türkcəmizi qullanarkən daha qayğılı yanaşmağınız pis olmazdı:

konuşurkən - qonuşarkən, danışarkən,
Kapriz - şıltaqlıq

Yad sözlərə saxlanmaq, sizcə, özcənizi yetərincə yaxşı bilməməkdən irəli gəlmirmi?

Sonra manyak - mania sözündən törənir. Mania - bağımlılıq deməkdir. Manyaka da - bağımlı demək olar. Birdə ki, bağımlı yazarsanız oxucunun sizin törədici yönünüzü tapmağına özlük olacaq.

Unutmayın insan qalmaq üçün törəməlidir, yazar da eləcə.
Ağıllarda gələcəyə qalmaq istəyirsinizsə onda tərəməli olduğunuzu anlamanız, duymanız gərəkdir. Ulusumuz geri yox, irəli getməlidir. cılızlaşıb özgələrin umuduna qalmamalı, öz özülünun üzərində ucalmalı, pardaqlanmalıdır.