Yasin


bu qışın susan ümidlərini mənə burax
yaşanmamış baharlar varmış
de
nə deyəcəksən indi de
de ki
sabah yerini başqa bir qadına verirəm
de ki ölürəm
de ki öldürürəm
de ki
daha
la ilahə illallah yoxdu
Məhəmməd də onun rəsulu deyil
bu ilin ilk qarı yağdı dünən
demirəm ki, anlamadım
hər şərdə bir xeyir var deyirdilər
tərsinə isbata nə lüzum
allah da bir deyilmiş
minlərin birliyiymiş
ən böyük
ən qadir
ən mərhəmətli deyilmiş
böyüklərin
qadirlərin
rəhimlilərin
mən nə bilim nələrin
mən nə bilim nəyiymiş
yasmı tutmalı
qarayamı bürünməli
ölməyə gücüm olmaz bilirəm
ölməkdən o yana nədirsə odur
bilməlisən
sən ən bilənimsən
allah deyilsən
allahım deyilsən
allahdan o yana heç nə yox
sən osan….
yenə kəsilən başlar fəsli gəlir
səfərə çıxmaq yox bu aralar
yenə matəmli havalar…
böyük çilə
kiçik çilə
sonra da ömür fəslim – alaçarpa
yağış
qar
çovğun
şaxta
tufan
rüzgar
dolu
bürüyəcək yolu
hüzün gələcək
ayaqlarını çırpa-çırpa
ilahilərin ritmi bu….
bu bahar Bakıda sonbahar demişdim
kimsə inanmadı
Aygün xanım mahnı da yazmadı
olmaz
ağır mətndi
buna mahnı yazmağa əlim gəlmir dedi
gərək gələydi
mənim payızımdan kimə nə, dostum
mən zatən yazılmayanlarda itib-batdım….
bir ömür yalanlarla oyanıb
yalanlarla yatdım
demə ki, allahın qəzəbindən qorx
demə ki, allah ona üsyan edənləri əfv etmir
de ki,
demişdim axı allah bağışlayandır….
qələmlərin bitdiyi yerdə sən
sözümün bitdiyi yerdə mən
mənim bitdiyim yerdə bir ovuc torpaq qalar
üstümə daş atmayın demişəm
yaşıl otlar cücərincəyədək su
bol su
dolu dolu su səpin…
məndən geriyə heç nə olmamalı çünki
çünki
bu işin
bu çünkilərin çünkisi yox
çünki allahın üz döndərdiklərinə bəndədən nə hacət…
əlif, ləm, mim
vəl quranil həkim
məliki yavmid-din
daha mən nə bilim kim

hara
harda
kiminlə
allahın hökmü
peyğəmbərin kavli ilə
məni….
Öldürün məni!!!!!!!!!!!!!!!
3 yanvar 2008

2 yorum:

Unknown dedi ki...

cox menasiz sherdir ucuz reklam
yeri yoxdur cox pis

Adsız dedi ki...

sairlere derin hormetim var...
ama nedense bu esq meselesi ortaya girince, sairler digerlerinden daha cox usyan edirler. seirinde uzun ve keder, aci ve talesizlik hissolunur. lakin sirk atmosferi serini dozulmez edir. Allah her seyi bagislayar, teki sirkden basqa... Allah seni ve hamimizi bagislasin.