Dəhşət


Kimsə çağırır
diksinib ayılan var –
saat 7.
Qırıq bir güzgü önündə
qəşəng bir qız...
üz-gözündə su damlası.
“ – Salam!”
Boylanıram ətrafıma—
kimsə yox.
Siyahıdan oxuyurlar:
“ – Filankəs”!
Kimsə yerimə deyir:–
“ – Burda”!
Masanın üzərində
bulaşıq boşqab, çəngəl
Süfrədə çörək qırıntısı...
Üstəgəl,
televizorun dəyişir kanalları.
Kimsə yol gəlir...
Kimsə yol gedir...
İçi boş otağın
qapısı döyülür—
“–Dostlarıdır”—
çatır qulağıma.
Kimisə kimsə telefona çagırır,
Kimsə hardasa gözləyir.
Kiminsə bu gün
şeri var, şəkli yox
bir qəzet səhifəsində.
Kiminsə ürəyi çırpınır
nəfəsindən bilinir
qaça-qaça.
Bəzən xorultu başına alır bu evi.
Daha bir günə yol gedən var
hər kəs bilir.
Mən bilmirəm.
Boğula-boğula qışqırmaq istəyirəm:
-Ey! İnsanlar!
Bu nə həngamədir?!
Mən yoxam...
Yox olmuşam!
Dəli olmusuz – nədir?!

Hiç yorum yok: