Ağlamalıdır, hə?


Çarəsiz gecələrin birində
atmaq istəmişdin özünü
yarıaçıq pəncərəndən,
yadında?
Sonra mən gəlib durmuşdum
gözünün qabağında
sarılıb ayaqlarına
yalvarmışdım etmə deyə.
Qayıdıb soyuq otağına
tənhalığını yaşamışdın yenidən.
Həmin gecə
sönmüşdü işıqların da
“Görən olmaz” deyib
ağlamışdın doyunca.
Yoxluğumdan xəbər vermişdi
dilə gəlib əşyalar.
Üsyan etmişdin yaşayışına.
Bir balış altda,
Bir balış üstdə
hönkürə-hönkürə açmışdın səhərini.
Gizlədə bilməmişdin
öz-özündən qəhərini.
Yediyin-içdiyin zəhər olmuşdu–dedin.
Dedin:
“–Geyilmiş paltarlarına bürünmüşdüm”—
qucağındaymışam kimi.
Sonra bütün bunları
kişi qeyrətinə sığışdırmayıb
yatmaq istəmisən – olmayıb –
dedin.
Və səhərin gözü açılmamış
yanıma gəlmışdin.
Darıxmısan,
yanıma istəyirsən – deyə.
Mənsə yerimdə qovrula-qovrula
“BURA ÇOX DARDIR!”–demişdim
torpağın altından,
“Əzizim,
daşdansa balış yaxşıdır”—
pıçıldamışdım arxanca
Addımlarından titrəyə-titrəyə
Mən də ağlamışdım.
Ağlamalıdır, hə?

1 yorum:

Adsız dedi ki...

Merhaba,ben Özlem.Şiirlerinizi çok beğendim.Aynı zamanda Nabi ve Naili için yazdıklarınızı da.Başarılarınızın devam etmesi dileğimle...