AH, MƏDİNƏ, MƏDİNƏ...



Hər gecə təzə ətir açır
hər gecə təzə yataq dəsti açmasa da
özü və allahı bilir
neçə yadın qoxusun
doğma qoxuya çevirib
bir balışda
çörək ağacı olan
gecələr cırıldayan
o çarpayıda
“Şorgöz Mədinə”.

“Şorgöz Mədinə”
alnı açıq
üzü ağ gəzir
kimsəyə hesaba vermir
bir parça çörəyini qazanır
ağzıgöyçək qonşularına
boyun əymir deyə
utanmır
qızarmır
həyasızın biri həyasızdır
özü bilir
bir də
“allahı bilər, mənə nə?” –
deyən
mənim kimi məhəllə qızlarına
danışır
mərhəmət dolu gözlərimizə
baxa-baxa
hər şeyi –
“mənim kimi yox,
sizin kimi də yaramır
adam kimi yaşamaqçun” –
ağlaya-ağlaya
Mədinə
“Şorgöz Mədinə”.

Ərini ondan gizlədən
“Mədinə kimilərinə
gözünün ucuynan da baxmaz” –deyib
qonşu arvada
üz tutub danışsa da
təzə gəlin
sözü Mədinəyə atar
amma gecələr
əri “yorğunluqdan”
arxasını ona çevirəndə
lənətlər yağdırar
“Qancıq Mədinəyə”.

“Qancıq Mədinə”
hər dəfə
dərsdən qaçıb
bu mənzildə
“dincəlməyə” gələn
“balaca”lara
dərs verəndə
ayaqları gizildəyər
günlərlə sağalmayan
irin üstünə irin tökən
yaraları yadına düşər
oxlov yerləri nərə çəkər
hər dəfə də
“qız nədi, oxumaq nə” – deyib
hirsi soyumayan atasının
bağırtıları qulağında uğuldayar
sonra
ağlı başından çıxmış
nənəsinin axmaq nağıllarını
xatırlayıb
“Göyçək Fatma”
“Göyçək Mədinə”
olduğuna sevinər.

“Göyçək Mədinə”
hər dəfə
arasında tiryək daşıdığı
döşlərinə
tərif deyən kişilərə
qardaşından söz açmaq istər
“itə-qurda”
“can verib”
həbslərdən qoruduğu qardaşından...
yalnız onda
həya boğar
“qızcığazı”
utanıb susar
“Qeyrətli Mədinə”.

“Qeyrətli Mədinə”
ilk dəfə qeyrətini
satdığı sevdiyinə
diz çöküb yalvardığı
məlun gündən bu yana
yuxusunda çay dəmləyər
firon qayınanasına
tək qaldığı gecələrdə
səhər dodaqlarında
uçuq yeri göynədikcə
dişini-dişinə sıxıb
nifrət dağıdar
yaddaşından silinməyən
yuxularından ayıldan
dəhşətli xatirəsinə
başında dolaşıb-qalan
bitməyən güllə səsinə
“Bədbəxt Mədinə”.

“Bədbəxt Mədinə”
hələ onda –
illərini itirdiyi zindanlarda
acından ödünü qusub
hönkürdüyü zamanlarda
doğulmadan itirdiyi körpəsinə
söz vermişdi –
“gələnə xoş gəl,
gedənə boş ver” deməliydi
bundan sonra
olmalıydı
“Fahişə Mədinə”.

“Fahişə Mədinə”
xəyalında mininə sığınan
milyonuna qucaq açan
qadınlardan
həyasını qorumadı
ömrü boyu
ürəyində
dilinə belə gəlməyən
arzusuyla
qovrula-qovrula
sayını itirdiyi kişilərin
minindən bir oğul doğmaq istədi
doğmadı ki, doğmadı.
Mədinə öldü.Yazıq Mədinə...

5 yorum:

Adsız dedi ki...

Sevinc, shere soz yox, maraqlidi ve setiralti menalar coxdu. Amma sherde "kuce" sozlerine yer vermemelisen mence. Uzr isteyirem, amma bu shexsi fikrimdi.

Adsız dedi ki...

sizin kitab mende var.sinifyoldaslarim onu oxuyanda gulduler.cox uzr isteyirem serdeki bezi ifadeler doqurdanda guluncdu hec oxunasi deyil.ama men fikir verende ordaki 1-2 menani basa dusum

MEDINE dedi ki...

salam menim adim MEDINEDI tewekkur ama elebil meni tesvir edibsiz.coooox xowum geldi halaldi cox sagolun

MEDINE dedi ki...

men bu werin sonunu oxumadimeeeee bu nediiii???????????/ men bele deyilemmeeeeee menim uje 1 oglum var

Aysel Əli dedi ki...

Son günlərdə oxuduğum ən toxunaqlı şeir idi. Ürəyinə sağlıq, Sevinc..
Çox bəyəndim. Keçidlər filan - həqiqətən gözəldi...