Mən əslində


Səni oda atmaq
oddan qurtarmaq
üstünə su çiləmək
sənə baxıb
yerinə göynəmək istəyirəm.
(Göynəmək nə demək?!)
Səni suda batırıb
boğularkən
qoynumdan
sahilə çırpmaq
Nəfəsinə nəfəs qatmaq
oyatmaq istəyirəm—
çırpınsın ürək.
Səni qatar altına
itələyib
sonra da
dağılmış əndamını
özüm bildiyim kimi
yığmaq, düzmək
Bir başqa istək.
Bilirsən?!—
Mən əslində
Səni görmək istəyirəm
Yaşamında öldürən,
Ölümündə yaşadan
bir xəyal tək,
xəyal tək.

Hiç yorum yok: