Taleyin


Ağlına gəlməyənləri,
ya da
dilə gətirmədiklərini
çırpır tale üzünə.
Yanaqlarından qan daman oğlunun
gözlərində cücərmədə
baxışların,
ya da
qızının kipriklərində,
dalğalı saçlarında
gizlənmisən, elə bil.
Arxandan vura-vura
özünü göstərdi həyat.
Sapa düzdün ümidlərini
sabahların yollarına
sarıldıqca dağıldı.
Sən dünyanı belə bilməzdin.
Gözyaşlarının parıltısı sevincdən,
gah da sevincin ətəyindən süzülən
gözyaşlarından ibarətmiş
taleyin.

Hiç yorum yok: