Gecənin səsi


Əvvəl ilbizlərin səsi gəldi
sonra gecə quşlarının
arabir yol maşınlarının vıjıltısı
xışıltısı
küçə pəncərəsinə toxunan yarpaqların.
Bir az sonra qarajın itlərinin
gecə oğrularına hürüşmələri
mənim kimi oyaq qonşumun gülüşmələri
hərdənbir səhərə yol alan yatmışların
bu otağın sükutunda xorultusu
sonra bu xorultuların
qulağımda uğultusu.
Bir saat sonra xoruzların quqqulu-qusu
“Allahu əkbər!”.
Bir saat sonra
köynəyinin arxasında
“Nəsimi” yazılan qadınların
süpürgələrinin ətürpədən səsləri.
və...
və gözlərini qırpmayan bir yalqızın
öpüşən kipriklərinin
ötüşən döyüntülərinin
və ahlarla boğulan dodaqlarının pıçıltısı
“Sora da diyirlər “gecənin sükutunda..."

Hiç yorum yok: