Ruhdan məktub


Kriminal xəbərlərində
“İntihar etdi!”
deyəcəklər.
Aha!
Mən də varmışam...
Nə tez anladın?!
Onda
ağlama!
Yoxluğuma ağlama!
İtirmək bu qədər asan –
hardan biləydin,
necə inanasan?!
Ağlama,
onda ağlama!
Mən səninçün yaranmışdım,
səninçün də öldüm.
“Səninçün ölərəm!” deyirdim
GÖRDÜN?!

Hiç yorum yok: