Ağlayar qadınlar


"Kişilər kişi olsa...”

Hirsindən ağlayar qadınlar
kişi önündə
zəifliyindən yox.
Gücsüzlüyünə acığı tutar
əlacsızlığından
əsəbləri onu boğar.
Boğula-boğula hönkürər qadınlar
kişi önündə
içindən doğranar.
Mə`nasız illərinə,
heçə paylanan günlərə,
anlara
ağlayar qadınlar
sevdasız zamanlara.
İçində gəzdirdiyi boşluğa
yanar.
Göz yaşlarını içinə axıdar.
Min dəfə dolar, boşalar
mə`sum baxışları.
Ağlayar qadınlar.
Ağlaya-ağlaya
coşar, daşar.
Ağlaya-ağlaya
ən sonunda
taleyilə barışar.
Amma, ağlamaz qadınlar
KİŞİ önündə.

Hiç yorum yok: