Duyğular qarışanda


...Dənizdə gizlənir Günəş
mən qaranlıq otağımda
nifrətimlə boğuşanda.
Gecəylə verib baş-başa
duyğular qarışanda
Günəşi axtarırıq...
...İllərin həsrətini
bağışlaya bilmirəm
bu qərib sevincimə...
...Qopara bilmirəm Səni
hissimdən...
acığımdan, hirsimdən
əlimi, qolumu, başımı
çırpmaq keçir könlümdən
daş üzlü divarlara.
...Havar çəkmək istəyirəm
yuxuya getməsin gecə
mən yuxuya gedincə...
...Susdurub saatları
donuq əqrəblərinə
bərələ qalır gözlərim.
Zamandan qisasım bu...
...Surətini cizirəm
qaynar baxışlarımla
havanın hər küncünə
dolu-dolu!...
...Qarışınca duyğular
özümə dönən qapılar
bağlı olar üzümə.
Nəbzi itən ömrümə
təsəlli axtarıram
Ay Allah!
Nə yaxşı güzgülər var...

Hiç yorum yok: