Küçə qadını



Küçə qadınına dönmüsən,
ay anam,
adın təmiz.
Getdiyin yol o baş-bu baş.
Sən küçələr qadınısan,
qurban olduğum,
büllur, ləkəsiz.
O qədər adlamısan...
küçə-küçə...
keçə-keçə,
ölçə-ölçə
yolları
küçə qadını olmusan
qorumaqçın adını.
Qeyrətinə qurban,
ay küçə qadını.
Səkilər dostun-tanışın.
Küçələrdə ağarıb başın.
hər telində bir cığırın dən izi
sən özünsən
küçələrin
həm xanım, həm kənizi.
bu küçəyə
sənin adını verəcəklər
XATİRƏN tələb edir.

1 yorum:

Rizvan dedi ki...

Sevinc xanim Sizi tebrik edirem serleriniz cox duygulu ve tesir edicidir ANA nizi tebrik eliyirem zehmeti heder getmeyib. UGURLAR