Ölü istəyirəm!


Elə ölü görmək istəyirəm –
canlı ölü.
Ağ meyid olsun
hələ gömməsinlər torpağa
1-2 gün qalsın, iyisin
yox, farmalin yox,
ölü iyi gəlsin
yaxşı-yaxşı qoxulayım
çəkim ciyərlərimə
alnımı dayayım dodaqlarına
qızdırmamı ölçsün
gözlərini də özüm bağlayım
sonra başımı qoyub balışına
onun kimi
onunla yuxulayım
ölüm yuxusu necə olur, görəsən?
Elə ölü istəyirəm –
canlı ölü.
Həyatım,
gəlsənə sənə
elə gecəynən
ölüm cəzası kəsim...
öhö... öhö...
farengetim var axı.

Hiç yorum yok: